Çəkirsən
Müxənnət zamana, bimürvət fələk,Şamı sübhə, sübhü şama çəkirsən.Ləhzədə açırsan min cürə kələk,Gah pozursan, gah nizama çəkirsən.
Çox həsrətlər görmür öz kimsəsini,Vaya döndərirsən şadlıq bəhsini,Tərəqqi-tənəzzül kəmənçəsini,Gah zilləyib, gah da bəmə çəkirsən.
Rəhimsən, kərimsən, ədlü ədalət,Könüldən xəbərdar, hər dilə bələd.Seyiddən, molladan, dostdan xəcalət,Bu nə dağdı, sən sinəmə çəkirsən?!
Səksən il qurğuna qıldım tamaşa,Səndə bir etibar görmədim, haşa...Heç kəs dövran sürüb çıxmadı başa,Əkməz kotan kimi xama çəkirsən.
Bərhəm olsun təqdir, pozulsun yazı!Bu qurğuya heç kəs olmaz irazı;Eşşəyə çullayıb əbrü ətlazı,Köhlən deyin, şahlıq dama çəkirsən.
Arpadan incikdim, bitmədi gəndüm,Darıyla dareqan heç deyil fəndim,Candan bezdim, öz-özümdən iyrəndim,Axırımı nə həngama çəkirsən?!
Ələsgər qəlbinə saldın işığı,Məclislər zinəti, el yaraşığı,Əzizliklə saxladığın aşığıZəlilliklə intiqama çəkirsən.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-cekirsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Qardaş məzarıQardaşım Rəsula*Bahar hədiyyəmiz — xonça, səməni,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,