Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,
Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül,Laləüzlü, gülsifət bir bütşikən peyda deyil.
Mən çəmənzar içrə bu abi-rəvani neylərəm.Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?!
Şaxəsindən güllərin mən almaram peymanəni,Əldə sağər saqiyi-nazikbədən peyda deyil.
Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin,Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil.
Bülbülün avazəsi gülzaridə verməz fərəh,Çünki, bir canlar alan şirinsüxən peyda deyil.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan,Orda bişək hiyləgər bir Əhrimən peyda deyil.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-ah-ki-o-itmis-gozelden-pirehen-peyda-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səbəbsiz həkimi vurdu bir hakim,Həkimsə eylədi şükrilə təzim.
Tədbirin gözəlliyiƏmr etdi nədimə sultan bir səhər,Ki, hazır eyləsin qalın bir dəftər,
Yersiz minnət qoymaqEşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.
Mişkatu-l-ənvarEy düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Otaq fırlanır,Tavan fırlanır,
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini amFəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
Ləlindən öpüb sonra sormaq arzumdur.Sənlə mey içib badə vurmaq arzumdur.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.