Səbəbsiz həkimi vurdu bir hakim,Həkimsə eylədi şükrilə təzim.Soruşdum: «Təşəkkür yersiz olarmı?»Söylədi: «Bundan çox yaxşılıq varmı?Ki, bu güc, bu idrak sahibi əlan,Verə də bilərkən qətlimə fərman.Vurmaqla göstərdi mənə iltifat,Deməli o mənə bəxş etdi həyat».Döz Qüdsi, üz versə nə cürə zillət,Çünki var ondan da betər əziyyət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri