Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var
Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var,Gülbədən, qönçədəhən, sadəvü məhruləri var,Bu Xəta mulküdü, həryanda çox ahuləri var,Yüz ləbi şəhdü-fəkər, zülfi səmənbuləri var,Yüz qədi sərvi-səhi, gözləri caduləri var.
Hər nə bu şəhrdə kim var isə çox məhrulər,Hər biri bir kəsə bir növ ilə dilculuq edər,Hər zaman aşiqə yüz lütf ilə meyl eylərlərBu mələkruyü mələkxuyü mələksimalər,Yaxşı xasiyyəti, çox yaxşı gözəl xuləri var.
Xameyi-sün verib gör necə rövnəq bulara,Yaraşır şiveyi-məhbubluq ancaq bulara,Dəstrəs əhli-Şamaxı olub əlhəq bulara,Belə nemətləri kim, qismət edib həq bulara,Bilmirəm mən buların daxı nə qayğuləri var.
Bunların cümləsinin şiveyi-rəftarı gözəl,Xülqü xoş, xuyi pəsəndidə, hər ətvarı gözəl,Çeşmi-xummarı gözəl, türreyi-tərrarı gözəl,Güli-rüxsarı gözəl, ləli-şəkərbarı gözəl,Hamısından bu gözəl kim, yumuşaq suləri var.
Çoxdu bu şəhrdə gərçi sənəmi-laləüzar,Buların leyk, bir ayinəbədən sərvəri var,Ədədi-ismidir əbcədlə “sədü bistü çəhar”.Müjəsi navəki-dilduzdü, çeşmi xunxar,Həbbəza, yayi-müqəvvəs kimi əbruləri var.
Ah, kim, Seyyid onun eşqi ilə zar oldu,Dami-geysusuna pabəndü giriftar oldu,O Əyaz idi ki, Məhmudə gedib yar oldu,Genə bu dürri-yətimə o xəridar oldu –Kim, onun həm belə yüz Yusifi-xoşxuləri var.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sehri-sirvanin-eceb-dilberi-dilculeri-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzunqabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma
Kar və mərizBir nəfər kar olan şəxs bir mərizin əyadətinə gəldi. Soruşdu:– Necəsən?
Dərviş və zərifBir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünəçox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağın
İflasa uğramış tacirBir nəfər tacir bildir bərşikəst olmuşdu, biri bu il. Bildir şikəst olantacir bu il şikəst olana rast gəlib soruşdu ki, keyfin necədir?
Başqa şairlərin şeirləri · Eşq
Əsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Hər kəs ki desə, dərdimi dildarə mənimçünHər kəs ki desə, dərdimi dildarə mənimçün,Guya ki, təbibimdir, edib çarə mənimçün.
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?