Bir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünəçox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağıngücündən səs eləyirdi. Zərif dedi ki, ey dərviş, məni bir özgə evə apar.Qorxuram ki, bu ev uça.Dərviş dedi ki, qorxma, bu səda ki dirəklərdən gəlir “külli şeyün

**səbbəhə bihəmdihi” mövcibi ilə Allah-taalaya zikr eləyirlər.Zərif dedi ki, qorxuram ki, zikrdən sonra səcdə eləyələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq