Eylər şərab ləli-ləbinlə müdam bəhs
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eylər şərab ləli-ləbinlə müdam bəhs,Gün tək bu rövşən oldu ki, eylər həram bəhs.
Napüxtədir deyən tənüvə simi-xamdır,Sərraflər yanında nə lazım bu xam bəhs.
Əhli-kəlamə sirri-kəlamın açılmadı,Bir nüktə üstə etdilə malakəlam bəhs.
Hərdəm qılıb vücudi-ədəmdən hekayələr,Rəmzi-dəhanın ilə edər xasü am bəhs.
Zülfü rüxün hekayəti yetməz nəhayətə,Gər etsələr səfidü siyəh sübhü şam bəhs.
Mən kuyi-yari, zahid, əgər Kəbədir dedim,Fərz olmadı ki, sən edəsən biməqam bəhs.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, o məhdən ötrü çox etmə mübahisə,Naqis qalır zəmanədə, olmaz təmam bəhs.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-eyler-serab-leli-lebinle-mudam-behs
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
اگر بمهر من آن ماه را نیاز آیدچنانکه زود برفتست زود باز آید
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.