Dün dolandım başına, söylədi pərvanədi bu,Zülfün aldım əlimə, güldü ki, divanədi bu.

Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil,Birisi dami-bəladır, birisi danədi bu.

Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur,Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.

Sanma məscid kimi, bisidqü iradət gəlmə,Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu.

Bu degil pərdeyi-Üşşaqü Nəhavəndü Hicaz,Qülğülə ərşə salan nəreyi-məstanədi bu.

Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunuƏlə al sağəri-mey, məşrəbi-mərdanədi bu.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, çək gözə eyvani-tila sürməsini.Can yetib kamına kim, mənzili-cananədi bu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq