Cəfadı karı deyib ol nigarı qoyma gedə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cəfadı karı deyib ol nigarı qoyma gedə,Əlindən ol sənəmi-gülüzarı qoyma gedə.
Nə etibar ki, səyyadə bir də ram olsun,Çəkib kəməndüvə sal ol şikarı, qoyma gedə.
Əgərçi yar deyir qoy gedim, genə gəlləm,Yalandı, yox sözünün etibarı, qoyma gedə.
Dedi fəqih mənə, getmə yar kuyinə,Dedim bacarsan əgər ixtiyari qoyma gedə.
Yapış o türrəyə kim, tarı rişteyi-candır,Könül, bu gün səni tarı, o tarı qoyma gedə.
Gedər bahar hamı; yarü sağərin, ey dil,Ayıl, bu qəflət ilə novbaharı qoyma gedə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dəhanı sirrini məxfi dedim sənə, Seyyid,Dəxi budur sözümün aşikarı, qoyma gedə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-cefadi-kari-deyib-ol-nigari-qoyma-gede
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdıÇəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!
Başqa şairlərin şeirləri · Eşq
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Yarın üzünə istədi bu kəc dövranMəhv etməyə o hüsnü yaza bir fərman,