İstəyir şəhrdən ol dilbəri-məhparə gedə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İstəyir şəhrdən ol dilbəri-məhparə gedə,Günümü hicrdə zülfü tək edib qarə gedə.
Bu xəbərdən ki, gedib yar, ürəgim getdi mənim,Ah o gündən ki, müqabildən o məhparə gedə.
O kaman qaş nola kim, tiri-nigahilə məniBir səvab eyləyibən öldürə, qurtarə, gedə.
Axıb ey qanlı yaşım, yolları məsdud eylə,Qoyma kim, bir tərəf ol dilbəri-xunxarə gedə.
Qorx o gündən ki, o məhparə fərağında, fələk,Badə ahımla mənim sabitü səyyarə gedə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çəkə zənciri-səri-zülfə dili-şeydanı,Qıla bu Seyyidi-divanəyə bir çarə, gedə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-isteyir-sehrden-ol-dilberi-mehpare-gede
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
İkram edər o gül mənə əğyar yanındaİkram edər o gül mənə əğyar yanında,Ta etsin özün sevgili hər xar yanında.
Gül qönçəlikdə gərçi olur xarə aşinaGül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.
Nə qədər gər ola bu çərxi-cəfacudə bəlaNə qədər gər ola bu çərxi-cəfacudə bəla,Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.
Başqa şairlərin şeirləri · Eşq
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,