Ey badi-səba, kuyi-həbibə güzər eylə,Hali-dili-zarimi o şahə xəbər eylə.

Qürbətdə pərişanlığımı zülfü qəmindən,Tul eyləmə, ol sərvqədə müxtəsər eylə.

Axır məni-zarı dəri-dilbərdən ayırdın,Ey çərxi-cəfacu, məni az dərbədər eylə.

Ahi-səhərim qübbeyi-əflakə ucaldı,Bu navəki-xunrizdən, ey gül, həzər eylə.

Əgləşməyə ta xaki-rəhi dideyi-qeyrə,Ey göz, tökübən əşk qübarını tər eylə.

Bəsdir mənə bu təlxiyi-hicran, ləbindənGet özgələrin kamını sən pürşəkər eylə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Səbr eylə dedin, vəslə əlac olmadı, Seyyid,Rəf etməyə bu firqəti fikri-digər eylə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq