Saqi xumari-eşqəm, bir mey gətir, amandır
Saqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.Yad etməyir nigarım, öldürdü intizarım,Gözdən xəyalı getməz bilməm neçə zamandır.Hicrində hər gün oldum zülfü kimi pərişan,Qəlbim fəraq əlində, həsrət əlində qandır.Ey gül, səhər mehilə göndər peyam yarə,Gəl bir soruş, qəmindən, gör bu nə imtahandır.Soldu ömür baharım, əl çəkməz intizarım,Qəlbim evimdə bir də ümmid şəmi yandır.Rüsvayi eşqin oldum, sən bilmədin, vəfasız,Gəl, ey külək, çəkinmə, halımı yara qandır.Söylə ki, aşiqim çox, meylimsə kimsəyə yox,Qəlbim evində bir o, ancaq o, hökmürandır.Şəmtək əlində eşqin Billuri sızlayandaQəlbim yenə vüsalə, ümmidə aşiyandır.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-saqi-xumari-esqem-bir-mey-getir-amandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən bihuşam səninlə, barı olma bixəbər.
ÇağırXalq şairi Süleyman Rüstəmə*Nə zaman ki, könlün düşdü tufana,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!