Sürgün
Yenə dalğalanır ürəyimdə kin,Ah, dostlar duysaydı ürəyimdəkin...Mənim də hissim var, duyğularım var,Mənim vətənimdir o yanan diyar,Mənim qardaşımdır çəkilmiş dara;Onun saf könlünə vurulan yaraMənim də qəlbimi parçalayaraqİntiqam hissini artırır ancaq.
Mənimdir o yanan dudiman, görün!..Mənimdir dağılan xaniman, görün!Mənimdir o torpaq, mənimdir o daş.Əzəldən mən idim onlara sirdaş.Mənimdir qartallar qopan qayalar,Mənimdir dərələr, çaylar, obalar.Mənim öz bacımdır o qəhrəman qız,“Cinayət” adıyla onu asdınız.Haqq deyən çürüyür zindanınızda,Vətənini sevən boranda, buzdaCan verir acından, soyuqdan yenə.Nələr etmədiniz əziz vətənə?..Bir zaman quldurlar yatağı olanCəhənnəm timsalı Buşehr, Abadan¹Bu gün məskən olub qəhrəmanlara,Vətəndən sürülən mərd insanlara,
Gül üzlü körpələr Qişmdə² hər anAcından, zülümdən istəyir aman.O fəryad səsini eşidirəm mən,Canlanır gözümdə hər an el, Vətən.Deyirəm sözümü budur, aşikar,Eşitsin səsimi mənim hər diyar.Nə qədər qan gəzir damarlarımdaBiganə³ qoymaram öz diyarımda,Kəsərəm yurduma uzanan əli –Budur ürəklərin arzu, əməli.Bunu tələb edir oturan yalqızQəmlər otağında analarımız.Vətənin eşqilə yaşayıram mən,Ölsəm də vermərəm onu əlimdən!Qoymaram zərbələr dəysin elimə,Gərək sahib olum ana dilimə.
¹ İran şəhərlərindəndir.² Cəzirə adıdır.³ Yad mənasında.
Əlimlə uçurub qara zindanıGərək azad edim Azərbaycanı!Ölkəmdə qalmasın zülmdən nişan,Gərək tez dəyişsin bu köhnə dövran,Gömülsün torpağa kədər, qüssə, qəm,Elin çöhrəsində görməyim ələm.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-surgun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərdə düşüb könül yenə dərmanım arzular,Tənha qalanda yari-nigahbanım arzular.
Saqi xumari-eşqəm, bir mey gətir, amandırSaqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.
Gəl bir də görüşəkGəl bir də görüşək, bir də görüşəkUzaqdan-uzağa vurğunlar kimi.
Xəzərim mənimMənim gözəl dənizim,Doğma Xəzərim mənim
Başqa şairlərin şeirləri · Vətən
Mənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.
Həkimə can!Sən vətəndən sarı qəlbin döyünürsə, maralım!Vətənin də maralından sarı qəlbi döyünür.
TorağayBir kəkilli quşam mən,Xoşlanar şən nəğməmdən
Məktəb uşağıİştə bir ayineyi-süni xuda,İştə, bir dahiyeyi-əqlü zəka.