Ol iki zülfdə rüxsareyi-canan görünür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ol iki zülfdə rüxsareyi-canan görünür,Genə xurşid bu gün daxili-Mizan görünür.
Düşməyən eşqə nə bilsin ki, nədir müşkülümüz,Ari, qəm çəkməyənə qəm yükü asan görünür.
Sənsiz, ey gül, gözümə mövsimi-hicranındaGər gülüstanə baxam xari-müğilan görünür.
Dəhənin bir səri-mudur, buna söz yox, ammaBir müəmmadı ki, yüz nükteyi-pinhan görünür.
Görünür zülfün arasında məhi-rüxsarın,Şükr-lilləh ki, genə küfrdə iyman görünür.
Necə mən badə içim ləli-ləbindən ayrı,Sənsiz, ey gül, meyi-gülgun gözümə qan görünür.
Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah,Əcəba, bir mələkə yar iki şeytan görünür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dəhənin sirrini sordum – dedi, yoxdan nə deyim,Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ol-iki-zulfde-ruxsareyi-canan-gorunur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.
“Beytüssəfayə”Ey dustlər, ol sərvi-xuraman sizin olsun,Canan sizin olsun.
Qəm eyləmərəm çərx ala simu zəri məndənQəm eyləmərəm çərx ala simu zəri məndən,Tək eyləməsin dur meyi-əhməri məndən,
Müənbər kakilin kim rişteyi-can ilə tövəmdirMüənbər kakilin kim rişteyi-can ilə tövəmdir,Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir,
Başqa şairlərin şeirləri · Eşq
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.