Dünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.Məşhur məsəldir; güli-bixar tapılmaz,Gülzar tapılmaz.Sünbül nəçidir kim, ola ol zülfə bərabər,Ey laleyi-əhmər,Zülfün kimi bir nafeyi-tatar tapılmaz,Bir tar tapılmaz.Qəddin kimi var bağdə çox sərvü sənubər,Şimşad ilə ər-ər,Onlarda vəli səndəki rəftar tapılmaz,Ətvar tapılmaz.Bu rənci-xumar eylədi dilxun məni, saqi,Yoxmu meyi-baqi,Camında məgər badeyi-gülnar tapılmaz,Asar tapılmaz.Biz gövhəri-pürqiyməti-gəncineyi-canıq,Bir gənci-nihanıq.Qaldıq, bizə dünyadə xəridar tapılmaz,Bazar tapılmaz.Əsrari-xudadən dilü canımdı ləbaləb,Divani-mürəttəb,Şərh etməgə bir məhrəmi-əsrar tapılmaz,Dəyyar tapılmaz.Sövdayi-qəmi-zülfdə artırdı fəğanın,Tərk eylədi canın,Seyyid kimi bir şairi-biar tapılmaz,Bikar tapılmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq