Qəm eyləmərəm çərx ala simu zəri məndən,Tək eyləməsin dur meyi-əhməri məndən,Can cövhəridir, almayın ol cövhəri məndən,Ey saqi, diriğ etməgilən sağəri məndən,Bir cam ilə rəf eylə bu dərdi-səri məndən.

Zahid, tutalım həşr günü duzəxiyəm mən,Hardan gəlibən sən, görək, oldun belə eymən,Sən qullar ilə rəbbin ədasın nə bilirsən,Bakim nə mənim duzəxin atəşgədəsindən,Almazsa əgər lücceyi-çeşmi-təri məndən.

Kimdir o ki, hiç olmaya aləmdə günahi,Var bu qapının mən kimi çox ruy-siyahi,Hərçənd ki, çox eyləmişəm feli-mənahi,Mən anladığım əfv isə, əfv eylər ilahi,Sorma günəhim qeyrdən, al dəftəri məndən.

Yüz hiylə ilə məkr edib əğyari-cəfakar,Məndən o gülü eylədilər axırı bizar,İndi kimə dərdim deyim, aləmdə kimim var?Olsun görəyim, möhnəti-hicranə giriftarRəncidə edən ol büti-məhpeykəri məndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana