Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq,Yox olubdur varımız, dərdə giriftar olmuşuq.
Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib,Həsrəti-çeşminlə ol gündən ki, bimar olmuşuq.
Var idik ol ləhzə kim, yox idi ərzü asiman,Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq?
Çəkdilər bazarə ol gün kim, əmanət gövhərin,Canü dildən əl çəkib bizlər xəridar olmuşuq.
Bizdə istehqaq yox, bu nə kərəmdir bilmirəm,Xilqəti-icadə biz hardan səzavar olmuşuq?
Yoxdur, ey arami-can, sənsiz vücudə bir əsər,Fel özün, fail özün, biz nə günəhkar olmuşuq?
Məqtə — şairin təxəllüsü olan son beyt. İçmişik xümxaneyi-əhbəbtü camından şərab,Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ta-dehanin-sirrine-pinhan-telebkar-olmusuq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nola qan ağlasan, ey göz kim, ol huriliqa getdi,Kəsib-arami-dil bizdən, o yari-dilrüba getdi.
Nə həddi bir əhəd olsun sənə hüsn ilə oxşariNə həddi bir əhəd olsun sənə hüsn ilə oxşari,Yaratmışdır səni öz surətində həzrəti-bari.
Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Cəfa oxunu atır qeyrə ol yeganə, haray!Xədəngi-qəmzəsinə olmadım nişanə, haray!
Çıxmaz dili-zarımdan o rüxsar xəyalıÇıxmaz dili-zarımdan o rüxsar xəyalı,Bülbüldə əcəbmi ola gülzar xəyalı?
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur