Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.

Diyari-hicrdə seylabi-dərdü qəm hücumundan,Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq.

Eşitmək gündə yüz min sərzənişlər dustü düşməndən,Nəzərlərdən düşüb göz yaşı tək bietibar olmaq.

İraqdan yarını görcək əsib könlü, qaçıb rəngi,Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq.

Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrövdən,Dolanıb başına şayəsteyi-busü kənar olmaq.

Hücumi-şövqdən zülfü kimi öpmək yanağından,Gəhi dişlib ləbindən, gəh ləbi tək zəxmdar olmaq.

Vüfuri-şövqdən əzbəs qılıb bu növ çox işlər,Ədəb nagah olub qalib o işdən şərmsar olmaq.

Dönüb öz üzqəralıq üzrün etmək ol siyəhmudən,Günahın keçmək üçün ilticası səd həzar olmaq.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yetib Seyyid kimi vəslə, genə əğyar zülmündənDüşüb dərdü-fəraqə vəslinə ümmidvar olmaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq