Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb,Nəvayi-mürği-çəmən baisi-fəğanımdır.
Əlimdə badeyi-gülgun, yanımda yarım yox,Bahar fəslidir, əmma mənim xəzanımdır.
Görüb üzarını zülfi-kəcində ol şuxün,Dedim: bu gün qəmər Əqrəbdədir, qiranımdır.
Dedim: cahanda nədir bunca qilü-qalə səbəb,Dedi: arayə düşən məbhəsi-miyanımdır.
Diyari-yarə bu gün etmişəm səfər əzmin,Bu tazə şeirlər əhbabə ərməğanımdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mənəm o tairi-qüds-aşiyanə kim, Seyyid,Behişti-Ədn mənim köhnə aşiyanımdır.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ne-zexmi-qemzesi-ne-tiri-dilsitanimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Var idi bir vəziri-dəryadil,Elmi-rəmlü nüçumdə kamil.
Mircəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)Çəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoşəlhanım!
HədisBir hədisi-səhihdir bu xəbər,Söyləyibdir cənab peyğəmbər –
Hekayət (Mülki-Şirvanda bir haputlu nam)Mülki-Şirvanda bir haputlu namVardı bir qəryə, xəlqi xeyli əvam.
Başqa şairlərin şeirləri · Eşq
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
خویش را رسوای شهر و کوچه و بازار کنهمچو من با سادهرویان عشق ورز و کار کن