Bir hədisi-səhihdir bu xəbər,Söyləyibdir cənab peyğəmbər –Ki, Süleyman nəbi əleyhisəlamHər güruhun dilin bilirdi təmam.Ey oğul, bil bu rəmzdən mətləbDeyil əlhəq lisan lisani-ərəb.Həqq özü hər lisanə danadır,,Hər lisan həq yanında zibadır.Var bizim dörd kitabımız, ari,Hər biri bir lisan ilə cari.Biri “Tövrat” idi giranmayə,Gəldi İbri dilində Musayə.Biri “İncil” idi, birisi “Zəbur”,Hər biri bir lisan ilə məşhur.Çün Mühəmməd ərəbdən etdi zühur,Öz lisanında qıldı həq məmur.Türkdən göndərəydi gər ani,Türki dildə olardı “Qurani”.Xassə kim, məzhəbi-imamiyyə,Xah Bağdadü, xah ŞamiyyəCümlə bu etiqadə guyadır –Ki, nəbi hər lisanə danadır.Xah rusi lisanü, xah firəng,Bilir ani imami-bafərhəng.Bir lisani ki, bəs bilirmiş imamSən də bilsən nə eybi, ey bədnam?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri