Hekayət (Mülki-Şirvanda bir haputlu nam)
Mülki-Şirvanda bir haputlu namVardı bir qəryə, xəlqi xeyli əvam.Molla Kazım adında bir şair –Ki, haman qəryədən olub zahir,Bu hədisə olubdur ol havi,
**Dedi: – “Əl-öhdətü ələr-ravi”Xilqəti-aləm oldu çünki tamam,Hər güruh etdi bir dilə iqdam.Qaldı yerdə haputlu sərgərdan.Etdilər ərz, key xudayi-cahan,Xah rumivü, xah rusivü zəng,Xah tatarü türkü hindü firəng,Bir zəban hər güruhə etdin əta,Bizə də bir zəban ver, ey mövla!Bu xitab oldu rəbbi-izzətdən –Ki, düşün siz bu gunə niyyətdən.İzzətim həqqi qalmayıb bir dilKi, onunla sizi edim xoşdil.Hər nə gəlsə, gedin dəhanüvüzəOnu cari edin zəbanüvüzə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-hekayet-mulki-sirvanda-bir-haputlu-nam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə yaxşı vəsldə namehriban idin mənə kim,Zamani-hicrdə çox etmədi kəbab məni.
İstəsən ey mələkül-movt ki, canım alasan.İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.