Cəfər, ey gəştiyi-ümidə nicat!Ey ləbin nəşəbəxşi-abi-həyat!Əhli-tarix edib bu növ bəyan,Nuhdən sonra zümreyi-insanDəxi tufandan etdilər pərva.Bir uca qəsr yapdılar, ziba –Ki, əgər olsa bir də bir tufanEtməsin əhli-qəsrə hiç ziyan.Bu sifət qəsri bir neçə ustadƏrzi-Babildə qıldılar bünyad.Oldu ol vəqt kim, o qəsr təmam,Münhədim qıldı qadirü əllam.Bir gün ol büqeyi-fələkbünyanOldu sövti-mühib ilə viran.Vəhşətindən diyari-BabildəQaldı xəlqin dili təbəlbüldə.Hər güruh etdi bir zəban peyda,Müxtəlif oldu əlsinə yekca.Leyk hər bir lisanı, ey dana,Özünə nisbət eyləyibdi xuda.Bil ki, hər bir lisan xudanındır,Olma biganə, aşinanındır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri