Hekayət (var idi bir vəziri-dəryadil)
Var idi bir vəziri-dəryadil,Elmi-rəmlü nüçumdə kamil.Bir gün ərz eylədi gəlib şahə –
**Key, çatan hökmü mehr ilə mahə!Tapmışam mən nücum ilə ki, həmanYağacaq üç gün, üç gecə baran.Olacaq sulərə o su məxlut,Hər kəs ondan içə olur məxbut.Götürək abi-safdən neçə xüm,Ta ki bizdən fərasət olmaya güm.İçibən xəlq olanda divanə,Biz qalaq xəlq içində fərzanə.Şah onun gördü rəyini mərbut,Abi-xalisdən etdilər məzbut.Vəqt kim, yağdı ol diyarə mətər,Oldu məxlut sulərə yeksər.Hər kim içdisə, oldu divanə,Qaldı şahü vəzir fərzanə.Gündə divanələr edirdi xüruş,Nə libasü rida, nə fərşü füruş.Sözləri çümlə hərzəvü həzyan,Bəzi üryanü bəzi şeyhəkünan.İt ularsa, bular ulardı təmam,Qarışıb bir-birə xəvasü əvam.Baxdılar, gördülər səğirü kəbirOxşamaz özlərinə şahü vəzir.Dedilər ol güruhi-əbləhü dəng,Bizə bunlar neçin deyil həmrəng?Bəs vəzir ilə şəh olubla cünun,Səltənətdən edin şəhi birun!Çünki bunlar olubla divanə,Bizə bir şəh gərəkdi fərzanə.Bəs o gün ol güruhi-sərkəşü şumQıldı darül-imarə üstə hücum.Gördü çün şəh o gün o əhvali,Oldu mənzuri-xəlqdən hali.Dedi kim, ey vəzir, eylə şitab,Abi-məxlutdən gətir bir qab,İçdi ondan o iki fərzanə,Oldular xəlq kimi divanə.Atdılar xəlq tək müəlləqlər,Sanki oynar həvadə ləqləqlər.Yırtdılar camə, çəkdilər əfğan,Oldular hər libasdən üryan.Dedilər ol güruhi-naqabil,İndi şahü vəzir olub aqil.Ey gözüm nuru, böylədir hikmət,Cinsdən cins eyləməz nifrət.Binəva şəxs binəvanı sevər,Necə kim, kah kəhrübanı sevər.Necə alim qaçırsa nadandan,Bil yəqin kim, bu həm qaçar ondan.Yox məzaqi-kəmal cahildə,
**Nolduğun fəhm qılmaz aqildə.Aqil ol şəxsdir ki, leylü nəharEdə xəlqin məzaqına rəftar.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-hekayet-var-idi-bir-veziri-deryadil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
İkram edər o gül mənə əğyar yanındaİkram edər o gül mənə əğyar yanında,Ta etsin özün sevgili hər xar yanında.
Gül qönçəlikdə gərçi olur xarə aşinaGül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.
Nə qədər gər ola bu çərxi-cəfacudə bəlaNə qədər gər ola bu çərxi-cəfacudə bəla,Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.
Başqa şairlərin şeirləri
Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
GörmüşəmBelin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.
QaldıBir gül əkdim, açılmamış dərdilər.Zəhmətimdən mənə bir tikan qaldı.