Qaldı
Bir gül əkdim, açılmamış dərdilər.Zəhmətimdən mənə bir tikan qaldı.Əmək çəkdim, gün keçirdim, gül əkdim,Əməyimdən solğun bir fidan qaldı!
Nə yazım yaz, nə də günüm gün oldu,Könlümün çiçəyi açmadan soldu.Qanadımı bir uğursuz əl yoldu.Yerində bir damla quru qan qaldı.
Söylədiyim boş söz, tökdüyüm qan-yaş,Haqqıma, - kim ison - əl vurma, yavaş.Yavaş ki, dərdim ə ağlayan qardaş,Yerində, arxamda bir düşman qaldı.
Yaralandım, sarmadılar yaramı,Yas gününə döndərdilər bayramı.Əlimdən aldılar son bir çaramı,Əsəri ruhumda bir fəğan qaldı!8 aprel, 1913
Kitabxana.az · https://kitabxana.az/works/cavad-qaldi-bir-gul-ekdim-acilmamis-derdiler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.