Mən dünyanın qucağında,Vətən adlı bucağında;Yandım fəraq ocağında,Közüm söndü, külüm qaldı!

Gözlərimi açan gündənUzaq oldum toy-düyündən!Nələr umdum mən bu gündən,Neçə ayım, ilim qaldı.

Nəğmə deyən bir quş oldum,Ürəklərə qonmuş oldum.Məhəbbətə uymuş oldum,Şirin-şirin dilim qaldı.

Belə imiş zaman demək?Nə düşünmək, nə qəm yemək?Onun-bunun nazını çək,Özüm getdim, elim qaldı!-Batum, 1916, sentyabr*

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən