Çıxmaz başımdan eşq ilə sevdası dilbərin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Nuş etmişəm şərabi-məhəbbət ələstdə,Getməz ölüncə nəşeyi-səhbasi dilbərin.
Vaiz, məlamət etmə məni, həq mənimlədir,Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin.
Cənnətdə hər nə vardı, sənin, qoy mənim olaBir kəlmə söhbəti-fərəhəfzası dilbərin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yox özgə məşqi vəsli-raxi-yardən səva,Qumri olubdur aşiqi-şeydası dilbərin.
Kitabxana.az · https://kitabxana.az/works/qumri-cixmaz-basimdan-esq-ile-sevdasi-dilberin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Üşşaqə məşq, eşqdə tumari-KərbəlaÜşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,