Bir gecə
Bir gecə mənzili-Hüseyn xaniEylədux şəmlərlə nurani.
Gər mütrüblər baxa və görə,Zülməti təbdil eyləyər nurə,Qaşları həmd, gözləri surəZülfi "vəlleyli" səxt zülmani.
Tar oxur, qəlb istirahət edər,Yar açar qolların, qiyamət edər,Səhfi-eşqi dəf təlavət edər,Tazələr rəsmi-dinü imani.
Dəhəni təng, həlqeyi-mərcan,Qəbqəbi iltifah vəl-ərman,Arizi misli sureyi-rəhman,Cəlb edər iştəhayi-insani.
Eyləmişdik əyərçi biz kəsəmat,Lakin ol mütrübi-xəcüstə süfatNagəhan qoydu baş, qaldux mat,Tökdü diz üstə zülfi-reyhani.
Gördü bu halı çün Ağabdulla,Qəlbdən çəkdi bir müfəssəl ah!Əl atıb kisəyə, sifidü siyahEtdi bəzl, razı qaldı canani.
O suvaşdıqca xəlqə misli çiriş,Hamı eylərdi Möcüzə qarqış.Meylü rəqbətlə olmayan bir iş,Rəsmdir, hər zaman çıxar canı.
Bəzilər qaçdı, leyk mən qaldım,Bir qıran borc Hüseyndən aldım,Müxtəsər cürm ilə qurtardım,Tari hifz eyləsin Hüseyn xani.
Əlqərəz oldu çün altı saət,Xəlq durdu. Vəli mənə rüxsətVermədi tarzən. Dedim: İllət?Dedi: Lütf eylə altı tumani.
Xamsən, Möcüz, olmadın püxtə,Aldanar daima novamuxtə.Aldı məndən pulu pədərsuxtə,Verdi cananə, çəkdi qəlyanı.
Deyirəm hər zaman: Ay Əsqərağa,Vergilən pul! Özün çəkir qırağa,Müxtəsər, saldılar məni şuluğaGüneyin xəlqi-namüsəlmanı.
Verməseydim o pulu tarzənə,Ərz üçün əzm edərdi Tehranə,Od vurardı təmam İranə,Almasaydi pulun, ağam cani!
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bir-gece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.