Bayram gəlir
Eylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.Mən necə əlboş gedim xaneyi-viranimə,Axiri-çərşənbədir, mən nə deyim övrətə?Az qalır axşam ola almamışam yağ, düyü,Bir şahı da yox verəm, bircə dənə kibritə.Dönməməli xanəyə, çəkməli dabanları,Etməli burdan fərar, fatihə bu millətə!Söyləyin, ey nazənin, sədriyi-izzət-qərin,Yeddi lövünü ləin atdı məni qürbətə.Zəhr kimi danışar, hər bir işə qarışar,Görəsən övrətlərin xeyri nədir millətə?Bu qısacıq ömürlə, neylirəm mən oğlanı,O, para qazanınca mən gedərəm cənnətə.Gər çiçək aparmıya, məndən sora sağ qala,Yoxsul dədənin oğlu həsrət qalar rahətə.Əgər oxuyub yazmaq nəsib ola oğluma,Millət söyər goruma, ələ alsa qəzetə.Yetimlə bazar dolu, bürəhnə qıçı-qolu,Tumançaq Əliqulu xeyir verməz dövlətə.Hər gün ruzə, hər gün çay, hər gün: "Ey vay, acam, vay!"."Ey vay" qarın doyurmaz, paltar olmaz ümmətə.Qulaq verin bir mənə, bayramdır, ey hacılar,Başı açıq bacılar möhtacdı bir çərqətə.Gər verilə hüququ, fəqir yaşar şah kimi,İmanı yox ağalar doldururlar səbətə.Cəm olluq bir yerdə çox, dünyalıq işimiz yox,Söhbətimiz tamamən racedir axirətə.Aləmi-manyatimiz batil etdi hissini,Milləti-biçarəni saldı xabi-qəflətə.Çağırıram nə qədər ayılmır bu biçarə,Günəş çıxdı duvara, dur, gələsən lənətə!Səhər gərək tez duram, zad-mad alım bayrama,Gecənin nə vaxtıdı, bax bir görək saətə!Bu il bayram bikarə saqiya, beş gün soraHilali-mahi-siyam görünəcək ümmətə.Hər il sizdəh günü eyş eylər idik səhrada,Bu il bayram bikarə, saqiya, beş gün soraAğayi Naxçıvani bir söz deyim mən sənə,Sizdəh günündən kam al, özün salma zəhmətə!Gər yoldaş istəyirsən, hacı Məhəmməd ƏliTəraş edir səqqəli, inanmır qiyamətə.Nigaranam bir az mən hacı Hüseyn ağadan.O da mən deyən olsa, apar bəzmi-işrətə!
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bayram-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gecə mənzili-Hüseyn xaniEylədux şəmlərlə nurani.
Bu gecəGenə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
Başqa şairlərin şeirləri
بدان اوّل که تا چون گشت موجودکز او انسانِ کامل گشت مولود
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi