Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm,Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.

Gəh gözün yadilə könlüm dərd ilə bimardır,Gəh ləbi-ləlin xəyalindən dolu qandır gözüm.

Gəh gözüm əhvalına könlüm qılır fəryadlər,Gah könlüm dərdinə suz ilə giryandır gözüm.

Dövri-çeşmi-əşkbarımda səfi-müjkan degil,Ol pərinin oxlarından dolu peykandır gözüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yardən ayrıldı, bilməz şami-hicran halını,Seyyidi-biçarə əhvalinə heyrandır gözüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri