Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlilKim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.
Olsa iste’dadi-arif qabili-idraki-vəhy,Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.
Hər kimin təqdirdən məqsudi öz qədrincədir,Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.
Cənnətə zahid bilir can vermədən yetməz, vəli,Canə qımaz, öz təmənnasındadır miskin bəxil.
Ey qılan izhari-zillət, müjdeyi-izzət sənəKim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.
Və’deyi-vəslin məni salmış xəyali-zülfünəKim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-rehrovi-irfane-besdir-sageru-saqi-delil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axır keçər gedər səni ahım, səmayi-çərx.
Könlümə xoşdu mənim sevgili canan, ey şeyx!Deyiləm körpə ki, mən aldanam asan, ey şeyx!
Kimin ki, mən kimi var sinəsində daği-ciyərTutar bu gizli qəmi-eşqdən yəqin o xəbər.
Açar düyünlərimi açsa bəlkə naleyi-zarAçılsa nalə yolu, işdən hər düyün açılar.
Başqa şairlərin şeirləri · Eşq
ای هزاران خضر فرخ پی فدای بیخودی
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Ovcumda bir daş vardır...Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!