Olmaz oldu görüb əhvalımı el xublara aşiq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Olmaz oldu görüb əhvalımı el xublara aşiq,Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.
Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm,Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?
Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur,Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq.
Bağrımın parələrin gözlərin asmış müjələrdən,Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq?
Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə,Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.
Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm,Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, özünü guşənişin et xümi-mey tək,Ola nagəh olasan kaşifi-əsrari-həqayiq.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-olmaz-oldu-gorub-ehvalimi-el-xublara-asiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənə aşiq deyil lazım məgər, bunca tökərsən qan?
Möhnət odilə şəm misal od tutub tənimSədparə etdi qəlbimi dərdü ələm mənim.
Bu qədər məndə həvəs kim, qədi-rənadən olubFeyzi-məxsusdur ol, aləmi-baladən olub.
Qəddi-balana baxanda bir bəla gördüm səniValeh oldum, harda mən, ey dilrüba, gördüm səni.