Firişteyi-ilhamə

Gözəlliyin sənə bəxş eyləmişdir istiğna,O çöhrənə yaxışır, şübhəsiz, nürürü ğina.

Bu nazənin duruşun bənzəyir o tairə kim,Bir əl uzansa ona, eyləyər fərari-səma.

O sayğısız baxışında nədir bu cazibələr,Qapıb da könlümü aldı misali-kəhrüba.

Bu hüsnü anına məğrursan, bunu bilirəm,Zəkati-hüsn verilməzmi, ey behiştliqa?

İtab etsə də çeşmin, həqiqətən yeri var,Kitabi-ruyunu öpməkdədir gözüm zira.

Əgərçi dəhrdə vardır cahan-cahan asar,Fəqət üzündür, a dilbər, mütaliətə səza.

Nəcib ülvi bir eşqin dilim səhifəsidir,İnan bu sözlərimə, ey vücudi-müstəsna!

Kitabələr əsəri-xamədir, fəqət sən bir –Səhifəsən ki, onu qüdrət eyləmiş təhrir.

Kitab sözləri gözlərlə, ey qadın, oxunar,Sənin də səfheyi-rüxsarını dodaq anlar.

Nasıl, bu rəmzimi fəhm eylədinmi, sevdiciyim?Mənim behiştirüxüm, ey mənim gözəl çiçəyim!

Qaliça, şəhəri-Lemberq, 24 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq