Ol mah vüsalilə xoş et bir gecə halim,Ey əxtəri-tale’ qoma boynunda vəbalim!

Fəryad ki, bər vermədi bidaddən özgə,Göz yaşı ilə bəslədigim türfə nihalim.

Sınmış müjə tək, xəlq gözündən axıdır yaş,Nəzzareyi-zə’fi-bədəni-muymisalim.

Ol şəm’ xəyalilə xoşam, ola ki, daim,Bu surət ilə cizginə fanusi-xəyalim.

Suzandır odumdan tənimə sancılan oxlar,Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim.

Saqi, qəmi-dövran ilə qayətdə məluləm,Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Lütf eylə, Füzuli, mənim əhvalımı ərz etOl sərvə ki, söyləşməyə qalmadı məcalim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale