Həmişə yari-bimehri rəqibə mehriban gördüm
Həmişə yari-bimehri rəqibə mehriban gördüm,Vəfa tərkin qılıb, zülmü gözəllərdə əyan gördüm.
Dolandım vadiyi-eşq içrə bir Leyli sorağında,Özüm tək eşqdə Məcnuni-zari laməkan gördüm.
Həmişə kəc inad ilə dolanır çərxi-kəcrəftar,Cəfavü cövrdən üşşaqlər qəddin kaman gördüm.
Düşüb sevdayi-zülfi-yarə oldumsa xiridarı,Bu sevdadən məni – bəxti qara daim ziyan gördüm.
Gəlib tüti kimi göftarə, yarım mehriban olmuş,Bihəmdillah, mənimlə ol gülü şirinzəban gördüm.
Ləbindən ayrı düşdükdə, nigara, qəlbi-üşşaqi,Xəyali-qönçeyi-ləbi-ləlindən xunfəşan gördüm.
Cahanda görmədim, Vahid, gözəllərdən vəfa hərgiz,Gözəllər nazü rəftarın həmişə canalan gördüm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-hemise-yari-bimehri-reqibe-mehriban-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fələk büküb belimi, intiqam alır məndən,Ədunu gör ki, bu halətlə kam alır məndən.
Fələk istər sala daim məni, ey məh, cüda səndənFələk istər sala daim məni, ey məh, cüda səndən,Olurmu, çəksin əl aşiq, söylə, ey məhliqa, səndən?
Ruxun göstərsə ol məhvəş əgər ziri-niqabindənRuxun göstərsə ol məhvəş əgər ziri-niqabindən,Yəqin ki, döndərər üz göydə fələk öz afitabindən.
Ey zülm evi, tez məhv olacaqsan təməlindənEy zülm evi, tez məhv olacaqsan təməlindən,Övladi-bəşər qurtaracaq qanlı əlindən.