Dün dilbərimi məclisi-meyxanədə gördüm
Dün dilbərimi məclisi-meyxanədə gördüm,Əksi-rüxi-cananımı peymanədə gördüm.
Yandırdı məni şəmcəmalilə nigarım,Bu yanmağı nə şəm, nə pərvanədə gördüm.
Qıldım nəzər ol şuxun iki çeşminə nagəh,Min fitnə mən ol nərgisi-məstanədə gördüm.
Məşşatə vurub türreyi-dildarıma şanə,Aşüftəliyim zülflə həm, şanədə gördüm.
Əğyarə qılır lütf, mənə cövrü cəfasınDaim o məhin meylini biganədə gördüm.
Gəl söyləmə, zahid, mənə övsafi-behişti,Cənnət çiçəyin mən rüxi-cananədə gördüm.
Şuxluqla o şuxə nə dedim, incidi məndən,Vahidi müqəssir, de ki, aya, nədə gördüm?
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dun-dilberimi-meclisi-meyxanede-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən naz ilə bir söz dedin, ey can, başa düşdüm,Əğyarə olan meylini pünhan başa düşdüm.
Yox deyən dərdimi cananıma, gözdən düşdümYox deyən dərdimi cananıma, gözdən düşdüm,Saldı hicran odunu canıma, gözdən düşdüm.
Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlümCavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm,Dəmadəm nazəninlərdən vurur dəm natəvan könlüm.
O qarə zülfün əlindən bəlalıdır könlümO qarə zülfün əlindən bəlalıdır könlüm,Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.
Başqa şairlərin şeirləri · Eşq
Durma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,