Yox deyən dərdimi cananıma, gözdən düşdüm
Yox deyən dərdimi cananıma, gözdən düşdüm,Saldı hicran odunu canıma, gözdən düşdüm.
Mən bu gül üzlülərin bülbüli-şeydası idim,Biri rəhm etmədi əfğanıma, gözdən düşdüm.
Çox qara gözlülərin zülfünə həsrət çəkdim,Yanmadı hali-pərişanıma, gözdən düşdüm.
Ağladım hicrinə, biganəni güldürdü mənə,Baxmadı dideyi-giryanıma, gözdən düşdüm.
Neyləmişdim, günahım, bilmədim, axır nə idi.Həsrət oldum güli-xəndanıma, gözdən düşdüm.
Hər təbibə qəmi-pünhanımı izhar etdim,Çarə yoxmuş qəmi-pünhanıma, gözdən düşdüm.
Yar dindirmədi, Vahid, məni, yalqız qaldım,Nə gələn var, nə gedən yanıma, gözdən düşdüm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yox-deyen-derdimi-cananima-gozden-dusdum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm vurulub bir güli-reyhanə Lerikdə,Bülbül kimi gəldim yenə əfğanə Lerikdə.
Olur şüküftə könül zülfi-yarə şanə dəyəndəOlur şüküftə könül zülfi-yarə şanə dəyəndə,Necə ki, ovçu olur şad oxu nişanə dəyəndə.
Dil nalə edər ol güli-xəndanı görəndəDil nalə edər ol güli-xəndanı görəndə,Bülbül gələr əfğanə gülüstanı görəndə.
Narazıyam, ey gül, mənə imdad eləsən dəNarazıyam, ey gül, mənə imdad eləsən də,Naşad eləyən könlümü dilşad eləsən də.