Ləbin şövqilə, ey gül, maili-cami-şərab oldum,Olub məsti-meyi-eşqin, əcəb xanəxərab oldum!

Deyildim vaqifi-ayati-qüdrət, şahim, ondan kim,Bihəmdillah, görüb xəttü ruxin əhli-kitab oldum.

Çəkib tiğin dəmadəm, tökmə qanım qəhr ilə, rəhm et,Yetər bunca mən öz qanimlə, ey zalım, xizab oldum.

Nə öldüm qutardım birdəfəlik ənduhi-hicrindən,Nə də bir öylə cami-vəslin ilə kamiyab oldum.

Deyildim dərdi-eşqinlə mükəddər kim, bu rövşəndir,Odur qəm ki, qara zülfün qəmindən piçtab oldum.

Gözüm yaşilə təskin vermədin bir ləhzə kuyində,Tutuşdum, atəşi-eşqində yandım, dilkəbab oldum.

Yetişdim cənnəti-vəslinə ol hurivəşin, Vahid,Cəhənnəmdən qurtardım, eylə bil, əhli-səvab oldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq