Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!

Qızışıb mahi-əza mömün olan hər yerdə,Kef üçün pul qazanır mollanüma minbərdə.Yerdə şiə çəkir ah-nalə, mələk göylərdə,Yolu yoxdur bu əza məclisinin hərcayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!

Ayılıb aləm, a molla, sən ayılma, hələ yat,Ula bayquştək, avam gördün, onu tez ağlat.Bəsdir, oynatdı bizi “təntəneyi-mövhumat”!Bir utan, nifrət edir xalq bütün bihəyaya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!

Gör nə asanlaşıb insanlar üçün elmi-nücum,Eyləyirlər kişilər indi də göylərə hücum.Sən də dərvişlik elə, hər gecə ehsanlara cum,Dilənib yığdığının yarsını ver sərpayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!

Tanıyıb bilməlidir xalqımız, əlbəttə, səni,Niyyətindir eləyən yolçu təbiətdə səni,Nə şəhərmizdə sevən var, nə də bir kənddə səni,Qovlayırlar o saat kölgəsi düşcək qapıya.Yenə təsir eləmir molla Məhərrəm dayıya!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira