Cibişdan ayı
Gəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Sanma sən mollalığı “pak, müqəddəs” sənət!Görməyirsənmi sənə etmədə aləm nifrət?Nə qədər yağsa da gər üstünə hər gün nifrət,Xalqı aldat, pulunu al, ye, cibişdan ayıdır!Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Toyda meyxana deyən, ehsana get mollalığa,Bəzi məclisdə aşıqlar tək atıl ortalığa,Dərviş ol, tut bir əsa əldə, bürün arxalığa,Get də kəndlərdə oxu, molla Süleyman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Xalq ayıqdır, hədər etmə gecə-gündüzlərini,Hansı bir əsrdəsən, aç bir o kor gözlərini,Oxuma gənclər üçün lağlağı boş sözlərini...Ölkəmizdə yeni ildir, yeni dövran ayıdır,Demə ki, mollaların hər gecə ehsan ayıdır.
Xeyli vaxtdır ki, uyubsan bu fırıldaq sənətə,Etdiyin fitnə-fəsad sığmaz, inan, yüz qəzetə.Gün gələr, cümlənizi xalq atar bir səbətə,Saf-çürük bəlli olar, haqq ilə mizan ayıdır,Demə ki, mollaların hər gecə ehsan ayıdır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-cibisdan-ayi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!
Al qələmə“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
EhsanlarımızSəndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.