Mən sarvanam – yol gedirəm,Karvanıma hürənə bax!Yaxşılığım haqqa bəlli,Pisliyimi görənə bax!

Əyri baxıb öz varına,Haram qatıb bazarına,Yurdun tarix hasarınaÇürük daşı hörənə bax!

Vətən bağı çiçək açır,Çiçəkləri işıq saçar...Əkmədiyi bir ağacınMeyvəsini dərənə bax!..

3.VIII.1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar