Sevən deyil
Taledən daranıb gəlir,Bəxtim daraq sevən deyil,Gözüm göyün çırağındanÖzgə çıraq sevən deyil!
Ucalmadım bəhsəbəhsə,Daş atmadım doğru kəsə,Düşmən özü öcəşməsəƏlim yaraq sevən deyil.
Mənim yurdum bircə rəngdi,Göz aparan bir çələngdi,Elə bütöv bir ürəkdi –Özgə yamaq sevən deyil!
Yağı gəlsə, qara qışam,Bahar gəlsə, qaranquşam,Haqqa peyvənd yaranmışam,Ruhum calaq sevən deyil!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-seven-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Demirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.