Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır,Pərişan türrələr dövründə sərgərdanlığm vardır.
Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim,Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır?
Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım,Xəyali-surəti-cananə xoş heyranlığm vardır.
Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır.
Ləbin dövründə kim, insan olan can der ona mütləqƏgər abi-həyat etsəm tələb, heyvanlığm vardır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadənQamu danayə rövşəndir bu, kim, nadanlığm vardır.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-menim-kim-bir-lebi-xendan-ucun-giryanligm-vardir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çünki bir gül yoxdur ətrafında yüz xar olmasın.
Sanma kim, könlüm pərilər kaminə yetmək dilərKamə çatmaq arzusu aşiqləri risva edər.
Vüsalın zövqünə kölgən sənin hər ləhzə mayildirNə fayda, bu səadətdən özü biçarə qafildir.
Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmişIki üftadəni bu hal necə gör mehriban etmiş.
Başqa şairlərin şeirləri · Eşq
Düz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
دریا دلا! کسی که گهر چین لفظ تستدر جزع دیده صورت لؤلؤ نیاورد
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,