ازان درین چمنم میل گلعذاری نیست
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ازان درین چمنم میل گلعذاری نیستکه هیچ برگ گلی بی بلای خاری نیست
Qoy bu gülşəndə mənə gül üzlülər yar olmasın,Çünki bir gül yoxdur ətrafında yüz xar olmasın.
نبرده ایم درین باغ ره بسوی گلیکه در حوالی او همچو من هزاری نیست
Çox gəzib gülşənləri biz öylə bir gül görmədikKim, mənim tək aşiqi bir bülbüli-zar olmasın.
ندیده ایم درین ملک گنج حسنی را کهکه از صف رقبا گرد او حصاری نیست
Görmədik biz bu cahanda bir gözəllik xəznəsiKim, rəqiblər səf çəkib dövründə divar olmasın.
ازان چمن چه گشاید که عندلیبان رادرو بسوی گل از خار رهگذاری نیست
Tapmayır yol xar əlindən bülbüli-şeyda gülə,Hüsnü yoxdur gülşənin, kaş öylə gülzar olmasın.
درین نشیمن حرمان هزار غم دارمفزون تر از همه این غم که غمگساری نیست
Hicri-yar etdi məni əğyar tənindən xilas,Yar vəslin istəməm, qoy təni-əğyar olmasın.
درون سینه دل تنگم از گلی نشگفتچگونه گل شکفد باغ را بهاری نیست
Min qəmim vardır cahanda, bir nəfər qəmxar yox,Qəm budur ki, bunca qəmlə bircə qəmxar olmasın.
Məqtə — şairin təxəllüsü olan son beyt. ز هیچ یار فضولی ندیده ایم وفاخوشا کسی که مقید بهیچ کاری نیست
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, görməmişdir kimsə yarından vəfa,Şad o kəsdir kim, əsiri-mahi-rüxsar olmasın.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-86
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kimə dərdimi deyim, kim edə çarə, nə edim?
Aləmin az-çoxunu atmışıq, olmaz qəmimizYemərik qəm, ola gər artığımız, ya kəmimiz.
Mənimlə tərk edir kuyini yarın bir qəmər dərdiSaman tək bir vücudumla aparram dağ qədər dərdi.
Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Başqa şairlərin şeirləri · Eşq
Gəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
NeyləsinOlmasın hicrində bu könlüm pərişan, neyləsin?Etməsin öz canını qurban, neyləsin?