آزمودم عشق خوبان را بلایی بوده استوانکه می گویند عاشق مبتلایی بوده است

Sevmək sənəmləri, sınadım, bir bəla imiş,Aşiq olan həmişə qəmə mübtəla imiş.

تا شدم عاشق عذابی می کشم چون بت پرستمیل چین زلف محبوبان خطایی بوده است

Bir bütpərəst kimi sevəli qəm əsiriyəm,Hər qarə zülfə meyl eləmək bir xəta imiş.

نقش خویش و صورت شیرین کشیده کوهکنعاشق صورت پرست خودنمایی بوده است

Fərhad çəkdi əksini Şirinlə üz-üzə,Guya o bütpərəst idi, Şirin xuda imiş.

چار سوی دهر جای خودفروشانست و بسجوهر عرفان متاع ناروایی بوده است

Kibrü qürurə müştəri olmuş zəmanəmiz,Ürfan isə cahanda gərəksiz məta imiş.

بسته بر محراب دل اهل ورع قندیل وشگوشه مسجد عجب دلگیر جایی بوده است

Zahidlərin könülləri mehrabə bağlanıb,Məscid əcəb ürək sıxıcı bir bina imiş.

عشق بازی را سرور سینه می پنداشتممحنت بی حد و درد بی دوایی بوده است

Qəlbə, sanardım, eşq fərəh bəxş edər, fəqət,Duydum ki, möhnəti, qəmi biintəha imiş.

Məqtə — şairin təxəllüsü olan son beyt. کم نشد از من فضولی محنت عالم دمیعرصه عالم عجب محنت سرایی بوده است

Məqtə — şairin təxəllüsü olan son beyt. Verdin, Füzuli, könlünü bir nazlı dilbərə,Göstərdi imtahan ki, o da bivəfa imiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq