Yürü, yetir mənə, ey simi-əşk, bidad et
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yürü, yetir mənə, ey simi-əşk, bidad et,Gər aqçan ilə alınmış qul isəm, azad et!
İtirmə itləri avazının, könül, zövqin,Yetər qara gecələr hərzə-hərzə fəryad et!
Xərab olan könül, ey büt, sənin məqamındır,Təğafül eyləmə, bir qaç daş ilə abad et!
Eşitmədinmi, könül, eşq müşkil olduğunu,Sənə bu müşkil işi kim dedi ki, bünyad et?!
Xilafi-adətə çox olma, ey pəri, mail,Yetər füsun ilə təsxiri-adəmizad et!
Səba, əsirləri qəsdin eyləmiş ol gül,Bizi həm onda, əgər düşsə fürsətin, yad et!
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,Diyari-Rum gözət, tərki-xaki-Bağıdad et!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yuru-yetir-mene-ey-simi-esk-bidad-et
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
نهان بصورت اغیار یار پیدا شدعیان بنقش و نگار آن نگار پیدا شد
BülbüləTəzədən işlənmiş*Bülbül! Sənə ilham verən azad vətənindi,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.