Səbrim alıb fələk, mənə yüz min bəla verər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səbrim alıb fələk, mənə yüz min bəla verər,Az olsa bir məta’, ona el çox bəha verər.
Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,El şimdi məndən aldığ pəndi mana verər.
Sanmın əcəb, rütəb yerinə versə lə’li-tərNəxli ki, qan yaşım ona nəşvü nəma verər.
Xaki-dərindir ol ki, dünü gün səvab üçün,Həm ayə sürmə, həm günəşə tutiya verər.
Qılmaz qəbul surəti-iqbal bunca kim,Ayineyi-vücuduma cövrin cila verər.
Ney kimi cismim oldu oxundan dəlik-dəlik,Dəm urduğumca yerli-yerindən səda verər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sebrim-alib-felek-mene-yuz-min-bela-verer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyaya bir iş üçün gəlmişəm, işsiz necə olum?
Özümə söz verdim ki, daha faydasız bir iş görməyimCəfakar gözəllərə sarı getməyim.
Hər zülm edib mənə o sitəmkar çəkmişəmEtdikcə o, cəfanı, mən azar çəkmişəm.
Yüz dəfə göz açdım güli-rüxsarına, ey canHər dəm üzə açdım iki yüz seyl ilə tufan.
Başqa şairlərin şeirləri
وحید گنج هنر بود و بود عم به سرم
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
ماهی که کسب نور کند آفتاب از اوهر ذره دیدهایست به صد آب و تاب از او
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,