Dediyini yaxşı qandım,Hər yerin pələngi var,Kiminin yaxşı sifəti,Kiminin bəd rəngi var;Yaxşı-pislə qoşa gedər,Bu dünyada yan-yanaTula ayrı, köpək ayrı,Bir də maşqı, şəngi var.

Mərdə tanrı hər şey verib,Bilirsən bunu sən də,Sözlərimə sən baxırsan,Batıb noğula, qəndə;Mən də sözün aşiqiyəmNiyə durum ki, gendəGüləşmirəm, deyişirəmSözün də bir səngi var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri