Baxın, Məhəmmədin işinə,El içində xar olubdu.Uyubdu şeytan felinə,O xənnasa yar olubdu.El eşidib, özü də bilir,Sanasan ki, kar olubdu.Bəyənmir dostu- tanışı,Bu qurumsaq kor olubdu.

Məşədi iki qoyun verib,Bu gəda quzuya dönüb.Saqqalı bulaşıb yala,Nazilib tazıya dönüb.Öksüzdə meydan açıbdı,Deyirlər qazıya dönüb,Vurulub dünya malına,İşi tam ah - zar olubdu.

Doğru söz de, düşün danış,Hədyan demə qul Heydara.Ağlın qaçıb, huşun itib,Başın götür vur divara.Yahu, yahu deyə - deyə,Əl atmışam Zülfüqara.Adına dastan demişəm,Mahallarda car olubdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri