Gözün qızıb, ağlın itib,Gəlibsən meydana sən,Dayanamazsan, a bala,Burada mərdana sən;Qol qırılar, əng əzilər,Sonra peşiman olarsan,Ataşı salarsan betər,Əyilən gərdənə sən.

Dana kimi buynuz atıb,Kələ sürtünmə belə.Gülünc olub el içində,Düşərsən dildən-dilə,Köməyinə çatan olmaz,İstər yüz ağız mələ.Tay olarsan gədələrə,Oxşarsan xortdana sən.

Aşıq Heydər haqqı öyər,Öyüdünü eşit gəl.Kolu-kosu tez aparar,Qopsa əgər qəfil sel.Kor deyilsən sən, ay gədə,Gözlərini yaxşı sil;Doğru söz de, düşün danış,Uymaynan şeytana sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri