Xudam səni nə xoş gündə yaradıb,Salıbdı cahana, ay gülə-gülə.Gözəllikdə Yusif sənə tay olmaz,Almısan qüdrətdən pay, gülə-gülə.

İnanmıram müşkül işlər düzələ,Təbib sənsən, gəl yaramı təzələ,Mən nə deyim sənin kimi gözələ,Elədin ömrümü zay gülə-gülə.

Uca boylu, tuti dilli bəxtəvər,Sənə qurban evim, malım, hər nə var,Aşıq Musa deyər, gül yanaqlı yar,Sən getir, mən içim çay gülə-gülə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri