Ruhumda bir sızıltı var,Yağı soyar, zaman talar,Bəlkə əlin məlhəm olarƏllərinə tapşır məni.

Mən nəslimin savaşıyam,Qılıncıyam, göz yaşıyamKöçdən qalan Qu quşuyam...Göllərinə tapşır məni!

Dünya huşsuz, məzar dərin,Sevən gözlər kölgələnir."Ata!" deyən körpələrin,Dillərinə tapşır məni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri